İstanbulun "Qalatasaray" futbol klubunun qolkiperi Fernando Muslera, gələcək koryerası haqqında bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Uruqvay millisinin qapıçısı, hazırda "Qalatasaray"da xoşbəxt olduğunu, komandada əla əhval-ruhiyyənin hökm sürdüyünü deyib. Bununla yanaşı F.Muslera bildirib ki, gələcəkdə futbol üzrə İngiltərə Premyer Liqasında çıxış etməyi planlaşdırır. O, İngiltərədə futbol oynamağın uşaqlıq arzusu olduğunu deyərək, mövsümün sonunda bu haqda düşünəcəyini etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB