"ABU Arena" İdman Kompleksində Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnirin açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, ilk öncə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsi bir dəqiqləik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafından danışıb. O, güləşçilərimizin əldə etdiyi uğurları önə çəkərək, bu idman növünün hər gün daha da inkişaf etdiyini vurğulayıb. Nazir müavini Azərbaycanın dünyanın idman ölkələrindən birinə çevrildiyini bildirib.
Daha sorna çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev güləş idman növünün ölkəmizdə çox sevildiyini və bu növə gənclər arasında böyük maraq olduğunu deyib. O, Azərbaycan idmanının çox sürətlə inkişaf etdiyini, ölkəmizdə müxtəlif idman növləri üzrə beynəlxalq yarışların keçirildiyini qeyd edib.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov isə Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, güləşçilərimizin Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda böyük nailiyyətlər əldə etdiklərini vurğulayıb.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB