Azərbaycan çempionatı yekunlaşıb

Azərbaycan çempionatı yekunlaşıb

"Sərhədçi" İdman Olimpiya Mərkəzində böyüklər arasında güləş üzrə Azərbaycan çempionatına yekun vurulub. Siasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak ediblər.
Çempionatın sonuncu günündə 60, 74 və 96 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Yarışda Hacı Əliyev (60 kq), Aleksandr Qostiyev (74 kq) və Xetaq Qazyumov (96 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Şəxsi xarakter daşıyan yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılara AGF-nin müvafiq diplomu, medalı və pul mükafatı təqdim edilib, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunub və onlara tam dəst idman geyimi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə