İstanbulun "Qalatasaray" futbol klubunun rəhbərliyi, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniya "Şalke"si ilə qarşılaşmaqdan məmnundur. Siasport.az saytı xəbər verir ki, püşkatmadan sonra Türkiyə mətbuatına açıqlama verən Abdürrrahim Albayrak bildirib ki, əslində komanda rəhbərliyinin və məşqçilər korpusunun da qarşılaşmaq istədiyi rəqib məhz "Şalke" olub: "Püşkatmadan əvvəl mən, Fatih Terim və Hasan Şaş bir masa arxasında oturaraq, püşkatmanın nəticələrini gözləyirdik. H.Şaş, əyninə göy rəngdə köynək geyinərək, "Şalke" ilə qarşılaşacağımızı zarafatla deyirdi. Əslində hamımızın seçimi də "Şalke" idi. Bu komanda bizə görə münasib rəqibdir. Əminəm ki, turu keçən tərəf biz olacayıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB