Əjdər Cəfərov: “Federasiya rəhbərliyi yeni məşqçilərlə danışıqlar aparır” AÇIQLAMA
"Azərbaycan çempionatı 2012-ci lin son yarışıdır". Bu sözləri Siasport.az saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib. O, ölkə çempionatında gənc idmançıların çıxışlarını vurğulayıb: "Burada Azərbaycanın hər yerindən güləşçilər yarışırlar. Sevincirici haldır ki, gənc idmançılarmız böyüklər arasında keçirilən ölkə çempionatında layiqli yer tuturlar. Ümid edirəm ki, həmin gənclər ilk üçlüyə daxil olub, milli komandanın tərkibdə çıxış edəcəklər və beynəlxalq yarışlarda öz potensiallarını göstərəcəklər. Daha sonra isə məşqçilər korpusunun məsləhəti ilə onlar Avropa, dünya kuboklarında, dünya çempionatında öz güclərini sınaya bilərlər".
Baş katib federasiyanın planlarından da söz açıb: "Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin göstərişi ilə təqvim planı təsdiqlənib. Bizi qarşıda bir sıra beynəlxalq yarışlar və təlim-məşq toplanışları gözləyir".
Daha sonra isə milli komandaya yeni baş məşqçi təyinatı barədə məlumat verən Ə.Cəfərov danışıqların aparıldığını qeyd edib: "Federasiya rəhbərliyi yeni məşqçilərlə danışıqlar aparır. Yaxın zamanda bu haqda mediaya məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB