Qadınlardan ibarət "Bakı-Azəryol" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/4 final mərhələsinin cavab oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində keçirilmiş oyunda komandamızın rəqibi Rusiyanın "Omiçka" kollektivi olub. Rumıniyalı baş hakim Miora Veronika Papadopolun idarə etdiyi oyun 3:1 hesabı ilə "Omiçka"nın xeyrinə başa çatıb. Komandalar arasında Rusiyada keçirilmiş ilk görüşdə də "Bakı-Azəryol" komandası rəqibinə eyni hesabla məğlub olmuşdu.
Beləliklə, iki oyunun nəticəsinə əsasən "Bakı-Azəryol" komandası CEV kuboku yarışlarında iştirakını dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB