Qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqası yarışlarının 2012/2013-cü il mövsümündə 6-cı oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində sonuncu matçını Azərbaycan Voleybol Mərkəzində Serbiyanın "Çrvena Zvezda" klubuna qarşı keçirib.
Azərbaycan voleybolçularının üstünlüyü şəraitində keçən görüşdə "Lokomotiv" rəqibini 3:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə hesabında 13 xal olan "Lokomotiv" komandası Çempionlar Liqası yarışlarının pley-off mərhələsinə yüksəlib.
Daha iki komandamız - Bakının "Rabitə" klubu qrup lideri, "Azərreyl" kollektivi isə qrup ikincisi kimi turnirin növbəti mərhələsinə adlayıb.
Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin oyunları gələn il yanvarın 15-17-də keçiriləcək.
F qrupu
"Lokomotiv" (Azərbaycan) – "Srvena Zvezda" (Serbiya) - 3:0 (25:21, 25:13, 25:17)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB