"Azərbaycanda keçiriləcək Avropa Oyunları üçün Olimpiya şəhərciyinin inşası böyük maliyyə vəsaiti tələb edir". Siasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Olimpiya şəhərciyi kimi metronun "Koroğlu" stansiyası yaxınlığında yeni inşa edilmiş çoxlu sayda binalardan istifadə olunacaq. Belə ki, həmin binaları inşa edən şirkətlə bu barədə müqavilə bağlanılacaq: "Həmin ərazidə olan binaları inşa edən şirkətlə danışıqlar aparılıb, müqavilə bağlanılacaq. O binaların həyətində polikilinika və digər köməkçi binalar da tikiləcək. Oradan Olimpiya şəhərciyi kimi istifadə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB