Gerd Müller Messi barədə nə dedi?

Gerd Müller Messi barədə nə dedi?

İspaniyanın "Barselona" klubunun forvardı Lionel Messi bundan sonra da çox qol vura bilər. Bunu argentinalı qoleadorun uğurunu şərh edərkən əfsanəvi alman futbolçu Gerd Müller deyib.

İspaniya primerasının ötən turundakı matçda dubl edən Messi təqvim ili ərzində rəsmi matçlarda vurulmuş qolların sayına görə Müllerin rekordunu yeniləyib. Alman forvard 1972-ci ildə 86 qol vurmuşdusa, Messidə bu nəticə artıq 86 topdur.

"Messinin mənim göstəricimi üstələməsi normaldır. Çağdaş futbolun müdafiəyə üstünlük verməsini nəzərə alsaq, futbolçular daha çox qollar vurmalıdırlar", - Müller deyib.

Messi matçdan sonra bildirib ki, 40 illik rekordu yeniləməyə şaddır: "Amma məni ən çox sevindirən məqam komandamızın qələbəsi və ən yaxın təqibçilərlə aramızdakı xal fərqini artırmağımızdır".

25 yaşlı Messi 66 matçda 86 qol vurub. Həmin qolların 74-ü "Barselona", 12-si də Argentina yığmasının heyətində vurulub.

İlin sonunadək o, daha 3 rəsmi matçda oynayaraq qol hesabını artıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə