Tovuzun "Turan" futbol klubu, futbol üzrə Azərbaycan millisinin qapıçısı Andrey Popoviçi əsas heyətindən kənarlaşdırıb. Siasport.az saytı xəbər verir ki, qapıçı "Turan"ın daxili nizam-intizam qaydalarını sistematik şəkildə pozduğuna görə komandadan uzaqlaşdırılıb. Bu, Azərbaycan kuboku yarışlarının 1/8 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran" ilə keçirilmiş matçdan sonra baş verib. Xatırladaq ki, müqavilə ilə "Bakı" klubuna məxsus olan A.Popoviç icarə əsasında "Turan"ın formasını geyinirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB