Qadın güləşçilərimiz Avropa Millətlər Kubokunda ikinci oldular

Qadın güləşçilərimiz Avropa Millətlər Kubokunda ikinci oldular

Moskvada güləş üzrə "Avropa Millətlər Kuboku" yarışları start götürüb. Reqlamentə əsasən, yarışların ilk günündə qadın güləşçiləri mübarizə aparıb.

Püşkatmanın nəticələrinə əsasən, Rusiya və İsveç komandaları ilə eyni qrupda yer alan Azərbaycan yığması hər iki görüşdə qalib gələrək finala yüksəlib. Azərbaycan güləşçiləri Rusiya üzərində 4:3, İsveç üzərində 6:1 hesablı qələbə qazanıblar.

Finalda güləşçilərimizin rəqibi Ukrayna təmsilçiləri olub. Ancaq bu qarşılaşmada idmançılarımız 5:2 hesabı ilə məğlub olub və Avropa Millətlər Kubokunun gümüş medalını qazanıblar.

Qadın güləşçilərin yarışında ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba (59 kq), Anna Belyayeyva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edib.

Qrup mərhələsi

AZƏRBAYCAN – RUSİYA 4:3

48 kq. Patimat Baqomedova – Valeriya Çepsarakova 0-1,1-0,2-0
51 kq. Anjela Doroqan – Alyona Adaşinskaya 0-2, Doroqan tuşe ilə qalib gəldi.
55 kq. Yarina Dubrovska – Valentina Brik 2-2, Brik tuşe ilə qalib gəldi.
59 kq. İrina Netreba – Yekaterina Melnikova 1-0, 1-1, 1-0
63 kq. Anna Belyayeva – İnna Trajukova 0-1, 0-4
67 kq. Natalya Palamarçuk – Svetlana Babuşkina 1-2, Palamarçuk tuşe ilə qalib gəldi.
72 kq. Dina İvanova – Natalya Vorobyova, Vorobyova tuşe ilə qalib gəldi.

İSVEÇRƏ – AZƏRBAYCAN 1:6

48 kq. Viktoriya Cepson – Patimat Baqomedova 0-5, Baqomedova tuşe ilə qalib gəldi.
51 kq. Frederika Peterson – Anjela Doroqan 0-5, Doroqan tuşe ilə qalib gəldi.
55 kq. Güləşçi yoxdur – Yarina Dubrovska
59 kq. Liza Holqesson – İrina Netreba, Holqesson tuşe ilə qalib gəldi.

63 kq. Henna Yohansson – Anna Belyayeva 0-5
67 kq. Evelina Qrıvik – Natalya Palamarçuk 2-1, Palamarçuk tuşe ilə qalib gəldi.
72 kq. Güləşçi yoxdur – Dina İvanova

FİNAL

AZƏRBAYCAN – UKRAYNA 2:5

48 kq. Patimat Baqomedova – Aleksandra Kohut 1:0, 1:0

51 kq. Anjela Doroqan – Nataliya Pulkovskaya 0:1, 0:1

55 kq. Yarina Dubrovska – Nataliya Sinişin 0:1, 0:2

59 kq. İrina Netreba – Anna Vasilenko 0:1, 3:4

63 kq. Anna Belyayeva – Yuliya Ostapçuk 1:0, 3:1

67 kq. Nataliya Palamarçuk – Alina Stadnik, Stadnik tuşe ilə qalib gəldi.

72 kq. Dina İvanova – Katerina Burmistrova, 1:1, Burmistrova tuşe ilə qalib gəldi.

Bütün xəbərlər Facebook səhifəmizdə