UEFA-nın rəsmi saytı Burak Yılmazdan yazdı

UEFA-nın rəsmi saytı Burak Yılmazdan yazdı

Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Rumıniyada "Kluj"u məğlub edən "Qalatasaray", artıq UEFA-nın da diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, UEFA-nın rəsmi saytı, İstanbul klubuna qələbə qazandıran hər üç qolun müəllifi olan Burak Yilmaz haqqında, "Burakın günü" adlı yazı dərc edib. yazıda İstanbul klubunun H qrupundakı hazırkı durumu, keçirdiyi oyunlar və B.Yılmazın "Qalatasaray"da göstərdiyi oyun barədə fikirlər yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə