Andre Santos Van Persiyə görə azarkeşlərin qəzəbinə gəldi!

Andre Santos Van Persiyə görə azarkeşlərin qəzəbinə gəldi!

London "Arsenal"ında çıxış edən keçmiş "Fənərbaxça"lı Andre Santosun başı dərddədir. Siasport.az saytı xəbər verir ki, keçən həftə "Mançester Yunayted"lə keçirilən qarşılaşmadan sonra, "Arsenal"ın keçmiş futbolçusu olan Van Persi ilə səmimi görüşərək, ondan formasını istəməsi, braziliyalı futbolçu üçün ciddi problemə çevrilib. "Arsenal" azarkeşləri komandanı tərk edərək "qırmızı şeytanlara" keçən hollandiyalıya bu cür isti münasibət göstərən braziliyalını "satqına tay olmaqda" ittiham ediblər.

"The Sun"a açıqlama verən A.Santos, baş verənlərdən ötrü "Arsenal" azarkeşlərindən üzr istəyərək, etdiklərindən peşiman olduğunu bildirib. "Arsenal"ın baş məşqçisi Arsen Venger də baş verənlərin xoş olmadığını deyib. O bununla yanaşı, komandanın "Mançester Yunayted"ə məğlubiyyətinə görə tək A.Santosun deyil, bütün komandanın məsuliyyət daşıdığını da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə