İntizam Komitəsi “Simurq”un menecerini cəzalandırdı

İntizam Komitəsi “Simurq”un menecerini cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

30 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XI turunun AZAL – "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

31 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XI turunun "Turan" – "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

31 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XI turunun "Neftçi" – "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyun başa çatdıqdan sonra "Simurq" klubunun meneceri Zöhrab Əliyev hakimlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

30 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun "Turan" – "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня