"Coca-Cola Məktəbli kuboku" turnirinin Səbail rayonu üzrə final oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, V sinif şagirdləri arasında yarışın qalibi 190 saylı məktəbin komandasını məğlub edən 236 saylı məktəbin futbolçuları olub. VII sinif şagirdlərindən ibarət komandalar arasında mübarizədə isə 163 saylı məktəbin şagirdləri 239 saylı məktəbin komandasını 2:0 hesabı ilə məğlub edərək birinci yeri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB