Dünya çempionatında iki bürünc medal

Dünya çempionatında iki bürünc medal

Honkonqda sumo idman növü üzrə dünya çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, idmançılarımız dünya çempionatında iki bürünc medal qazanıblar.
Böyüklər arasında mübarizə aparan Namiq Sadıxov (85 kq) dünya çempionatını üçüncü pillədə başa vurmaqla Dünya Oyunları (Kali, Kolumbiya) və Döyüş Oyunları (Sankt-Peterburq) yarışlarına lisenziya qazanıb. Hər iki yarış gələn il keçiriləcək.
Digər medalı isə gənclər arasında mübarizə aparan Əmiraslan Əhmədov (100 kq) qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə