Futbol üzrə Türkiyə Superliqasında 9-cu turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun ğünündə İstanbulun "Beşiktaş" futbol klubu, səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Olduqca maraqlı keçən qarşılaşmada "qara qartallar" rəqibini 3:1 hesabı ilə məğlub ediblər. "Mersin İdmanyurdu" isə "İstanbul BB"-ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Superliqanın hazırkı lideri olan "Qalatasaray" "Türk Telekom Arena"da "Kayserispor"u qəbul edib. Demək olar ki, sentyabrın 23-dən bəri nə Türkiyə Superliqasında, nə də UEFA Çempionlar Liqasında üzü gülməyən "cim bom" bu qarşılaşmada olduqca əzmkar və sürətli futbol nümayiş etdirərək, elə ilk hissədəcə rəqib qapısından 3 cavabsız qol keçirməyə nail olub. Qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılan İstanbul nəhəngi, liderliyini bir qədər də möhkəmləndirib. Bir başqa İstanbul təmsilçisi olan "Fənərbaxça" isə bu axşam öz meydanında "Antalyaspor"u qəbul edəcək.
"Elazığspor" - "Eskişehirspor" - 1:1
Qollar: Kamara, 51 (0:1), Türkdoğan, 79 (1:1)
"Kasımpaşa" - "Beşiktaş" - 1:3
Qollar: Almeyda, 14 (0:1), Fernandez, 27 (0:2), Hurmacı, 36 (1:2), Sivok, 53 (1:3)
27 oktyabr
"Mersin İdmanyurdu" - "İstanbul BB" - 2:0
Qollar: Nobre, 23 (1:0), 47 (2:0)
"Sivasspor" - "Akhisar Bələdiyyəspor" - 1:2
Qollar: Özer, 47 (0:1), Vardar, 60 (0:2), Erdal, 87 (1:2)
"Qalatasaray" - "Kayserispor" - 3:0
Qollar: Bulut, 7 (1:0), Kris, 32 (2:0), Yılmaz, 36 (3:0)
28 oktyabr
"Karabükspor" - "Gənclərbirliyi" - 0:0
"Qaziantepspor" - "Orduspor" - 3:0
Qollar: Medunjanin, 3 (1:0), 40 (2:0), Sosa, 77 (3:0)
"Trabzonspor" - "Bursaspor" - 0:1
Qol: Batalla, 62 (0:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB