Cüdoçumuz "Qalatasaray"ın heyətində bürünc medal qazandı

Cüdoçumuz "Qalatasaray"ın heyətində bürünc medal qazandı

Ümumdünya Universiadasının finalçısı, Azərbaycan cüdoçusu Rüstəm Alimli (81 kq) "Qaslatasaray" klubunun heyətində İstanbulda keçirilən Avropa Klubları Kuboku yarışlarının bürünc mükafatçısı olub. Siasport.az saytının məlumatına görə, İstanbul klubu start görüşündə Rusiyanın "New Stream" komandasını məğlubiyyətə uğradıb, lakin yarımfinalda Almaniyanın "Abensberq" klubuna uduzub. Yeri gəlmişkən, Olimpiya çempionu Elnur Məmmədli də (81 kq) bu klubun heyətində yarışır, lakin İstanbul turnirinə çağırılmayıb.
"Qalatasaray" bürünc medal uğrunda mübarizədə Fransanın "Çili-Mozarin Morjans" klubunu məğlubiyyətə uğradaraq, üçüncü yeri tutub.
Turnirdə Rusiyanın "Yavara-Neva" komandasına qalib gələn "Abensberq" birincilik qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə