"Mançester Yunayted"in futbolçusu "Fənərbaxça"ya keçir?

"Mançester Yunayted"in futbolçusu "Fənərbaxça"ya keçir?

İngiltərənin "Mançester Yunayted" futbol klubunda əsas heyətə düşə bilməyən meksikalı futbolçu Xaviyer Hernandez, özünə yeni komanda axtarmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, "dumanlı albiom"da artıq bu futbolçunun italyan klublarına transfer olnacağı ilə bağlı yazılar dərc olunmağa başlanılıb. Nüfuzlu "Fichajes" idman saytı iddia edir ki, meksikalı futbolçu italyan klubları ilə yanaşı İstanbulun "Fənərbaxça" futbol klubunun da transfer siyahısında yer alır. İngilis mətbuatına görə, meksikalı futbolçu daha çox İstanbul klubuna üstünlük verməli olacaq. Çünki italyan klublarından fərqli olaraq "sarı lacivərtlilər" bu futbolçuya daha münasib məvacib təklif edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə