Dünən futbol üzrə "DÇ-2014" çərçivəsində öz meydanında İsveç yığmasını qəbul edən Almaniya millisi, ciddi şok yaşayıb. Siasport.az saytı xəbər verir ki, "alman maşını", qarşılaşmanın 54-cü dəqiqəsində isveçin qapısından 4-cü topu keçirəndə, hər kəs Almaniyanın İsveç üzərində böyükhesablı qələbə qazanacağını zənn edirdi. Amma futbolun əsl möcüzə oyunu olduğu, yenidən tam ortaya çıxdı. Belə ki, Zlatan İbrahimoviçin lideri olduğu isveç yığması qarşılaşmanın 90-cı dəqiqəsində almanların qapısından 4 bərabərlik qolu keçirərək, əsl sensasiyaya imza atdılar. Artıq futbolda 90 dəqiqə oynayan almanlar əvəzinə, 90+2 oynayan isveçlilər tarixə keçdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB