Millimiz sensasiya yarada bilmədi

Bu gün DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları keçirilir. Azərbaycan millisi mübarizə apardığı F qrupunda Rusiya yığması ilə qarşılaşıb.

Moskvanın "Lujniki" stadionunda keçirilən oyunun birinci hissəsində meydan sahiblərinin yavaş-yavaş üstünlüyü ələ almasına baxmayaraq, millimiz ilk hissəni qolsuz bərabərliklə bitirə bilib. İkinci hissədə isə demək olar ki, bərabər oyun gedib. Ancaq oyunun bitməsinə 6 dəqiqə qalmış millimiz qapısında qol görüb. Oyunun 84-cü dəqiqəsində meydan sahiblərinin oyunçusu Şirokov penaltidən hesabı açıb.

Oyun elə meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə