İstanbulun "Fənərbaxça" futbol klubunda Aleks de Souza problemindən sonra daha bir "yarpaq tökümü" başlayıb. Siasport.az saytı Türkiyənin nüfuzlu "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bir sıra ulduz futbolçular baş məşqçi Aykut Kocamana müraciət edərək, komandadan ayrılmaq istədiklərini bəyan ediblər. "Milliyet" yazır ki, uzun zamandır ki, əsas heyətdə yer almayan Semih Şentürk, Bienvenu, habelə baş məşqçi ilə "ulduzu barışmayan" slovakiyalı Miroslav Stok, qış transfer dövründə komandanı tərk etməyə qərar veriblər. Qəzet iddia edir ki, xüsusi ilə S.Şentürk, Aleksə qarşı baş verənlərə etiraz olaraq A.Kocamanla birgə çalışmaq istəmir. Məlumata əsasən, rəhbərlik yalnız baş məşqçinin verəcəyi qərar əsasında bu futbolçuların qış transfer dövründə transferə çıxarılmasına qərar verməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB