Georgi Çixradze: "Səhvlərimiz oldu"

Georgi Çixradze: "Səhvlərimiz oldu"

"Dinamo"yla oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze qarşılaşma haqqında fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, gürcü mütəxəssis bu yoxlama görüşünün növbəti turda "İnter"lə oyuna hazırlıq məqsədi daşıdığı qeyd edib: "Oyunun ümmumi mənzərəsinə baxsaq, onu deyə bilərəm ki, bir neçə səhvlərimiz oldu. Problem onda oldu ki, heç nədən rəqibə penalti zərbəsi qazandırdıq. Qarşılaşmanın əvvəlində belə qol buraxmağımız oyunumuza psixoloji təsir göstərdi. Ümumiyyətlə, birinci hissənin əvvəli bizim üçün yaxşı başlamadı və fasiləyə 1:0 geridə yollandıq. İkinci hissədə isə standart vəziyyətdən yenidən qapımızda qol gördük. Daha sonra 3:0 hesabı ilə geri düşdük. Ancaq bunlardan 2-nin əvəzini çıxa bildik və ard-arda hücumlar təşkil etdik. Ən əsası o idi ki, güclü rəqiblə yoxlama görüşü keçirdik. Bu, bizim növbəti turda "İnter"lə oyuna hazırlıq məqsədi daşıyırdı".

Qeyd edək ki, "sarı-qaralar" bu gün Zaqatalaya qayıdacaq və məşqlərə ara vermədən IX tura hazırlıqları doğma arenada davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə