Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib NƏTİCƏLƏR

Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib NƏTİCƏLƏR

Bu gün futbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, mərasim AFFA-nın inzibati binasında baş tutub. Püşkatmada 21 klub iştirak edib. Onlardan 12-si Premyer Liqa, 9-cu I Divizion təmsilçisi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsinindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında əldə olunmuş nəticələrə görə müəyyənləşəcək.

1/16 final
24 oktyabr

Tərəqqi – Ağsu
MOİK – Bakılı
Şuşa – Neftçala
Qaradağ – Lokomotiv
Qala – Kəpəz

1/ 8 final
28 noyabr

AZAL – Simurq
Tərəqqi//Ağsu – Neftçi
Qəbələ – Qaradağ//Lokomotiv
Qala//Kəpəz – Qarabağ
Bakı – Sumqayıt
MOİK//Bakılı – İnter
Rəvan – Şuşa//Neftçala
Turan – Xəzər Lənkəran

Bütün xəbərlər Facebook səhifəmizdə