Dünən UEFA Çempionlar Liqasının qrup qarşılaşmasında "Benfika" ilə oyunda zədələnən "Barselona"nın kapitanı Karlos Pyolun vəziyyətinə aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, "Barselona"nın həkimləri tərəfindən aparılan müayinədən sonra məlum olub ki, ulduz futbolçu yenə ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Xatırladaq ki, 34 yaşlı futbolçu artıq bu mövsüm 4-cü dəfə zədə üzündən əziyyət çəkməli olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB