“Fənərbaxça”da zədə kabusu

"Fənərbaxça" klubu Avropa Liqasında ilk qarşılaşmaya 2 gün qalmış Dirk Kuyt və Mehmet Topalı itirib. Siasport.az saytının məlumatına görə, klub heyətinin mövsümün əvvəlindən indiyə kimi komanda şəklində məşqə çıxma arzusu ürəyində qalır. Yeni transferləri və müalicəsi başa çatan Musa Sov, Miloş Krasiç, Egemen Korkmaz və Sərdar Kesimalın komandaya qoşulması ilə tam heyətin bərpa olunması planlaşdırılırdı. Lakin, "Mersin İdmanyurdu" qarşılaşmasında Dirk Kuyt və Mehmet Topalın müayinəsi arzuları puç edib. Belə ki, Dirk Kuytun sağ ayağının dabanında əzələ yırtığı müşahidə olunub. Mehmet Topalın isə sol diz qapağında ciddi əzilmə və qanama olduğu aşkar edilib. Topalın "Marsilya" qarşısında oynayıb-oynamayacağı matç vaxtı bəlli olacaq. Amma, komanda həkimi ehtimalın çox az olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə