Paralimpiyaçılarımız 1 milyon 450 min manat qazanc əldə edəcəklər
Azərbaycan paralimpiyaçıları Londondakı uğurlarına görə 1 milyon 450 min manat qazanc əldə edəcəklər. Siasport.az saytının məlumatına görə, yarışın qızıl mükafatına sahib çıxan idmançılar 200 min, gümüş medal qazananlar 100 min, bürünc əldə etmiş paralimpiyaçılar isə 50 min manat alacaqlar.
Qeyd edək ki, Londonda medal rekordçumuz üzgüçü Natali Pronina qazandığı 1 qızıl, 4 gümüş medala görə 600 min manat əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB