İctimai Televiziya futbol üzrə növbəti 3 dünya çempionatının yayım hüququnu aldı

İctimai Televiziya futbol üzrə növbəti 3 dünya çempionatının yayım hüququnu aldı

Futbol üzrə növbəti 3 dünya çempionatının yayım hüququ İctimai Televizyaya verilib. Televiziyadan Siasport.az saytına verilən məlumata görə, 2014-cü ildə Braziliyada, 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının matçlarını ölkəmizdə yalnız İTV canlı yayımlayacaq.

Qeyd edək ki, İTV həminçinin həmin ölkələrdə təşkil olunacaq Konfederasiyalar Kubokunu da Azərbaycanda canlı yayımlamaq hüquna malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə