Krasiç iddialı danışdı: "Spartak"ı keçəcəyik!"

Krasiç iddialı danışdı: "Spartak"ı keçəcəyik!"

"Fənərbaxça" klubunun hücumçusu Miloş Krasiç Çempionlar Liqasının play-off mərhələsinin "Spartak" (Moskva) komandası ilə cavab qarşılaşması öncəsi fikirlərini bölüşüb. Siasport.az saytı xəbər verir ki, "Goal.com" saytına açıqlama verən serbiyalı forvard iddialı danışaraq qeyd edib ki, onun komandası bu gün "Spartak"ı mübarizədən kənarlaşdıracaq:

"Cavab matçı çox çətin keçəcək. Ancaq bu oyuna yaxşı hazırlaşmışıq. Komandada əla atmosfer var. "Spartak" səddini keçəcəyimizə inanıram. Bunun üçün meydanda hər kəs əlindən gələni edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə