"İnter" Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Bakının "İnter" klubu Gürcüstanın paytaxtı Tiflisə yollanacaq. Siasport.az saytının məlumatına görə, komanda orada təlim-məşq toplanışı keçirəcək. Paytaxt təmsilçisi avqustun 30-da səfərə çıxacaq. "İnter"in toplanış çərçivəsində bir neçə yoldaşlıq oyunu keçirməsi də nəzərdə tutulub.

Xatırladaq ki, "Turan" üzərində qələbədən sonra komandaya 4 günlük istirahət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə