Dünən gecə İspaniya Superkuboku uğrunda "Barselona" və "Real" arasında keçirilən ilk qarşılaşmada, kobud səhvi ilə yadda qalan "Barselona" futbol klubunun qolkiperi Viktor Valdes, katalon klubunun azarkeşləri tərəfindən ciddi tənqidlərə və təzyiqlərə məruz qalıb. Siasport.az saytı xəbər verir ki, məhz V.Valdesin yekəxanalığı ucbatından Anxel Dimaria "Barselona"nın qapısına yol tapmışdı. İspaniya mətbuatı yazır ki, qolkiperin bu məsuliyyətsizliyindən dəhşətə gələn "Barça" azarkeşləri, onun Twitter səhifəsinə hədə və qəzəb dolu söyüş "ismarıcları" yollayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB