Böyükağa Hacıyev: "Hələ xəstəxanada olarkən APOEL-i təhlil etməyə başlamışdım"

Böyükağa Hacıyev: "Hələ xəstəxanada olarkən APOEL-i təhlil etməyə başlamışdım"

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev APOEL-ə qarşı keçirəcəkləri oyun barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, heyət barədə açıqlama verib: "Ən əsası qol buraxmamaqdır. Lakin Bakıda APOEL-i 2:0 udsaq, biz onları yüz faiz keçəcəyik. Bu, bizim üçün ən yaxşı nəticə olar. Oyunda Kanalesə də güvənəcəyəm. Ümid edirəm ki, Kanales etimadımı doğruldacaq. Tərlan Əhmədov mənim yoxluğumda heç bir səhvə yol verməyib. Ola bilər ki, bir qədər təcrübəsi çatmayıb. Komanda uduzursa, buna cavab vermək lazımdır. Komandada ilk növbədə nizam-intizam olmalıdı. Rail gedib, Mahir gəlib, heç bir fərqi yoxdu. Mənlə konfliktə gedən adam heç nə qazana bilməz. Əgər, bu mərhələni keçsək, komandada çox şey dəyişə bilər".

Baş məşqçi İqor Mitreskinin geri qaytarılmasının səbəbini açıqlayıb: "Mitreskinin qaytarılmasını mən istəmişəm. O, Azərbaycanda 1 nömrəli legioner müdafiəçidir. Ona böyük ümidlərim var. Mitreskini məşqçilər korpusu göndərmişdi, mən geri qaytardım. Buna görə məşqçilərlə aramda heç bir ziddiyət ola bilməz".

Hacıyev APOEL-lə bağlı da fikrini bildirib: "Sabahkı oyunda uğurlu nəticə qazana bilsək, cavab görüşü bizim üçün daha asan keçəcək. Rəqibin 5 oyununa baxmışam. Hələ xəstəxanada olarkən APOEL-i təhlil etməyə başlamışdım. Rəqibin heyətində ulduz futbolçu yoxdur. Hamısı orta səviyyəli futbolçulardır. Amma komanda oyunu sərgiləyirlər. Əsas gücləri də məhz budur. Mən ömrüm boyu qorxaq futboldan çəkinmişəm. APOEL-ə açıq futbol təklif edəcəyik".

Hacıyev "Hapoel"lə oyunlarla bağlı da danışıb: "Hapoel"ə qarşı ilk matçda "Neftçi" 35 dəqiqə yaxşı oynadı. O rəqibə qarşı praqmatik futbol oynanılmamalı idi. Amma bacarmadılar. Mən olsam, bəlkə də hər şey başqa cür olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə