Portuqaliya-Azərbaycan oyununun başlanma saatı dəyişdirilib

Portuqaliya-Azərbaycan oyununun başlanma saatı dəyişdirilib

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan oyununun başlanma saatı teleyayımla əlaqədar olaraq dəyişdirilib. Siasport.az saytının məlumatına görə, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə sentyabrın 12-də saat 01:00-da deyil, 00:15-də başlayacaq.

Qeyd edək ki, Portuqaliya - Azərbaycan oyunu Braqa şəhərindəki "AXA Stadium"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə