"Məqsədim əsas komandada oynamaqdır"

"Məqsədim əsas komandada oynamaqdır"

"Neftçi" PFK-nın əvəzedici komandasının futbolçusu Fəhmin Muradbəyli açıqlama verib. Siasport.az saytının məlumatına görə, o qarşısına əsas komandada oynamağı məqsəd qoyduğunu bildirib: "Ötən tur "Qarabağ"la keçirilmiş oyunda böyük hesablı qələbə qazandıq. Sevinirəm ki, bu qarşılaşmada qol vurub komandamızın uğurunda pay sahibi oldum. Mənə şans verdiklərinə görə məşqçilər heyətinə minnətdaram. Məqsədim isə əsas komandada oynamaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə