Xəbər verdiyimiz kimi, London Olimpiadasında Azərbaycanın sərbəst güləşçisi Əşrəf Əliyev yarışlara qatılıb. Siasport.az saytının məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşdə yaponiyalı Sohsuke Takatani ilə qarşılaşıb. Ə.Əliyev rəqibdən üstün olmağı bacarıb (0:1, 0:1). Onun növbəti mərhələdə rəqibi Rusiya güləşçisi, 2 qat dünya, 3 qat Avropa çempionu Denis Tsarqus olub. Təəssüf ki, idmançımız bu mərhələdə məğlub olub. O, ilk hissədə qalib gəlsə də (1:0), ikinci hissədə minimal hesabla məğlub olub (0:1). Həlledici hissədə də rəqib kiçik üstünlüklə qalib gəlib.
Rusiyalı idmançı finala vəsiqə qazana bilsəydi, güləşçimiz bürünc medal uğrunda yarışmaq imkanı qazanacaqdı. Ancaq o, həlledici görüşə çıxma bilməyib və Azərbaycan güləşçisi bürünc medal uğruda yarışmaqdan məhrum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB