Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Qəbələ" "İnter"i qəbul edəcək. Siasport.az saytının məlumatına görə, "İnter" və "Qəbələ" komandaları indiyədək 18 dəfə qarşılaşıb. Belə ki, Premyer Liqanın 2-ci turunun qarşılaşması komandalar uçün sayca 19-cu oyun olacaq. 18 oyundan 16-sı çempionat çərçivəsində keçirilib, 2 oyun isə ölkə kubokunda baş tutub. 18 görüşün 9-da "İnter" qalib gəlməyi bacarıb, 6 qarşılaşma heç-heçəylə başa çatıb, 3 oyundasa "Qələbə" daha üstün olub. Topların fərqi "İnter"in xeyrinədir - 28:13.
Birinci dəfə komandalar 2006-cı il avqustun 5-də qarşılaşıb. O zaman "Qəbələ" "Gilan" adıyla çıxış edirdi. Qeyd edək ki, ilk görüş qolsuz heç-heçəylə başa çatıb. İkinci matçda isə "İnter" rəqibini 2:0 hesabıyla məğlub etməyi bacarıb. Beləliklə, "Qəbələ"-"İnter" qarşılaşmasının tarixçəsində ilk qolun müəllifi "İnter"in hücümçusu Daniel Axtyamov olub.
Çempionat çərçivəsində komandalar 16 dəfə üz-üzə gəlib. Bu oyunların 8-də "İnter" qələbə qazanıb, 6 matç heç-heçə ilə başa çatıb, 2 dəfə isə "Qələbə" meydanı üç xalla tərk edib. Topların fəqri 24:11 "İnter"in xeyrinədir. Azərbaycan çempionatı çərçivəsində komandalar 9 dəfə "Qəbələ" klubunun meydanında qarşılaşıb. Baş tutan 9 səfər oyununda "İnter" rəqibini 3 dəfə məğlubiyyətə uğradıb. Eyni sayda qalibiyyətlərə "Qəbələ" də malikdir, qalan 3 matç isə heç-heçəylə yekunlaşıb. Topların fərqi "Qəbələ"nin xeyrinədir - 7:6.
Ötən mövsümdə bu komandalar bir-birilə 4 dəfə qarşılaşıb. İki görüşdə qalib müəyyənləşməyib - 1:1, 0:0, bir oyunda "Qəbələ" meydandan qalib ayrılıb - 2:1, digər matçda isə "İnter" qələbə qazanıb - 2:1.
Xatırladaq ki, "Qəbələ" - "İnter" qarşılaşması avqustun 10-da saat 19.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB