Berti Foqts mətbuat konfransı keçirəcək

Berti Foqts mətbuat konfransı keçirəcək

Avqustun 14-də, saat 17:00-da, Sheraton Baku Airport Hotel-də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, həmin gün saat 18:15-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda millimiz mətbuat üçün məşqə çıxacaq.

Xatırladaq ki, avqustun 15-də, saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com