Ağacan Əbiyev: “London Olimpiadasındayam, niyə uzaqlaşdırılmalıyam?!"
"London Olimpiadasındayam, niyə uzaqlaşdırılmalıyam?! Başa düşmürəm, məni kim uzaqlaşdırıb? Mən məgər orda hakimlik edirdim ki? Necə yəni uzaqlaşdırılmışam?". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) onun oyunlardan uzaqlaşdırıldığı barədə yaydığı bəyanata münasibət bildirərkən deyib.
A.Əbiyev qələbəsi geri alınan Azərbaycan boksçusunun qarşılaşmasında Türkmənistandan olan boks hakiminin London Olimpiya Oyunlarından uzaqlaşdırılması məsələsində hakimin özünün günahkar olduğunu söyləyib: "Hakim zəif olduğuna görə belə bir səhv edib. Gərək heç olmazsa, xəbərdarlıq edəydi ki, bu qədər yıxılmaq olmaz. Onun hakim kimi səhvi bu olub. Gərək hakim bizim boksçumuza xəbərdarlıq edib, 2-3 dəfədən sonra döyüşü saxlayardı".
Teleqraf.com
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB