İdmançımız Olimpiadada 1/4 finala vəsiqə qazandı

İdmançımız Olimpiadada 1/4 finala vəsiqə qazandı

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizəyə qoşulub.


Bu qayıq tipində 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı təmsilçimiz 6 nəfərlik qrupa düşüb.


Avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 6:49.81 nəticə göstərərək ikinci yeri tutub. Bununla da Aleksandrov ¼ final mərhələsinə yüksəlib. Müvafiq olaraq, birinci yerə İsveç, ikinci yerə isə Monako idmançıları çıxıblar.


Qeyd edək ki, qruplarda ilk 3 yeri tutanlar ¼ finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə