Ərdoğan Beynəlxalq Olimpiyada Komitəsinin rəhbəri ilə görüşüb

Ərdoğan Beynəlxalq Olimpiyada Komitəsinin rəhbəri ilə görüşüb
Türkiyə baş naziri Rəcəp Tayyip Ərdoğan, Beynəlxalq Olimpiyada Komitesinin rəhbəri Jak Roq ile görüşüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hilton Oteldə baş tutan görüş 40 dəqiqə çəkib. Toplantıya mətbuat işçiləri buraxılmayıb. Görüşdə Türkiyənin Gənclər və İdman naziri Suat Kılıç və İstanbul Büyükşəhir Bələdiyyə sədri Kadir Topbaş da iştirak edib.

Qeyd edək ki, görüş zamanı 2020 Olimpiyada Oyunlarının İstanbulda gerçəkləşməsi ilə bağlı müzakirələr edilib.



Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə