İyul ayının 25-də Qusar Olimpiya İdman Kompleksində idmanın universal döyüş növü üzrə Avropa birinciliyinə start verilib. Siasport.az saytının məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyev xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib, gənclərin formalaşmasında idmanın rolundan danışılıb. Yarışda 25 ölkədən 240 iştirakçı öz qüvvəsini sınayacaqlar. Avropa birinciliyində 14-17 yaşlı oğlan və qızlar müxtəlif mərhələlərdə hünərlərini sərgiləyəcək. Birinci mərhələdə 45 kiloqram çəki dərəcəsində olan idmançılar yarışacaq. Çempionata iyulun 27-də yekun vurulacaq.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB