\"Simurq\" yeni mövsümə hazırlıq çərçivəsində Avstriyada növbəti yoxlama görüşünə çıxıb. Siasport.az saytının məlumatına görə, Türkiyə Super Liqasına yeni vəsiqə qazanmış \"Akhisar Bələdiyəspor\"la qarşılaşan Zaqatala təmsilçisi, meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib. Belə ki, \"Simurq\"-un qolunu matçın 85-ci dəqiqəsində Aleksandr Şimonayev vurub.
Qeyd edək ki, \"Simurq\"-un prezidenti Anar Bəkirov və vitse-prezident Aydın Rzayev də qarşılaşmanı izləyib. Onu da əlavə edək ki, Zaqatala təmsilçisi növbəti yoxlama görüşünü iyulun 27-də keçirəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB