"Jilina"nın idman direktoru "Neftçi"dən çəkinmir

"Jilina"nın idman direktoru "Neftçi"dən çəkinmir

Slovakiyanın "Jilina" klubunun idman direktoru Karol Belanik, Slovakiya mətbuatında bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Slovakiya klubunun idman direktoru, "Neftçi" - "Zestafoni" cütünün qalibi ilə qarşılaşmadan əvvəl, ilk öncə İsrail çempionu "İroni Kiryat" klubunu məğlub etmək barədə düşünür: "Artıq bu dəqiqdir ki, biz növbəti mərhələdə uzun səfərə çıxacağıq. Ancaq Gürcüstanla müqayisədə Azərbaycan bizə daha tanışdır. Bu ölkənin digər klubu "Bakı" ilə 7 il öncə qarşılaşmışdıq. Ancaq həmin vaxtdan bəri çox şey dəyişib. Mövsüm öncəsi komandaya 6 yeni futbolçu cəlb etmişik. Onlar hələ öz sözünü deməyiblər. İnanıram ki, növbəti mərhələyə adlasaq, bu futbolçuların nəyə qadir olacağını görəcəyik. Düşünürəm ki, "Neftçi" ilk oyunda 3:0 hesabı ilə qələbə qazandığından Azərbaycan çempionu növbəti mərhələyə daha yaxındır. Lakin heç bir rəqibdən çəkinmirik. Sonadək mübarizə aparmaq əzmindəyik".

Xatırladaq ki, "Jilina" klubu "İroni Kiryat"la evdə keçirdiyi ilk görüşdə 1:0 hesabı ilə qələbə qazanıb. Cavab matçı isə iyulun 24-də İsraildə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə