Qətər  klubu Milan Baroşa görə \"Qalatasaray\"a 5 milyon avro təklif edir

Qətər klubu Milan Baroşa görə \"Qalatasaray\"a 5 milyon avro təklif edir
Qətər futbol klublarından biri, İstanbulun \"Qalatasaray\" futbol klubunun çexiyalı forvardı Milan Baroşu transfer etmək istəyir. Siasport.az saytı xəbər verir ki, bir başqa İstanbul nəhəngi olan \"Fənərbaxça\"nın futbolçusu Dianı rənglərinə qatan Qətər klubu, hücumçu problemini həll etmək üçün çexiyalı futbolçunu transfer etməyə qərar verib. Türkiyənin \"Milliyet qəzeti yazır ki, qətərlilər M.Baroşa görə \"Qalatasaray\"a 5 milyon avro təklif edirlər. Çexiyalı futbolçu ilə yollarını ayırmaq istəyən klub rəhbərliyinin də bu təklifə müsbət yanaşacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə