İstanbulun "Fənərbaxça" futbol klubunun kapitanı Aleks De Souza və
braziliyalı futbolçusu Kristian Baroni yeni mövsümün hazırlıqlarına
başlamaq üçün dünən axşam İstanbula qayıdıblar. Siasport.az saytı xəbər
verir ki, "Fənərbaxça" prezidenti Əziz Yıldırımın həbsdən azad
olunmasının bütün "Fənərbaxça" azarkeşləri üçün böyük sevinc olduğunu
deyən İstanbul klubunun braziliyalı kapitanı, komandanın yeni mövsümdə
böyük uğurlar qazanacağına əmin olduğunu açıqlayıb. Braziliyalı kapitan,
komandanın UEFA Çempionlar Liqasında böyük hədəflər üçün mübarizə
aparacağını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB