Güləşçi qızlar Avropa çempionatında 1 qızıl və 1 bürünc medal əldə edib
Məlumat üçün bildirək ki, 48 kq çəkidə mübarizə aparan Kəmalə Əliyeva bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb. Çempionluq yolunda güləşçimiz ardıcıl olaraq Rusiya, Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda isə Moldova təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradan Kəmalə Əliyeva qızıl medala sahib olub. 55 kq çəkidə təmsilçimiz Yarina Dubovska isə qızıl medalın bir addımlığında büdrəyib. İsveç və Fransa təmsilçilərinə qalib gələn güləşçimiz, yarımfinalda polyak rəqibinə uduzub. Bürünc medal uğrunda görüşdə Rumıniya güləşçisinə heç bir şans verməyən Yarina Dubovska yığmamıza növbəti qələbəni qazandırıb. Beləliklə, Avropa çempionatında sərbəst güləş üzrə gənc qızların mübarizəsi başa çatıb. Yığmamız çempionatı ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, iyunun 23-24-də gənclərin Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB