“İnter” Sloveniyada ikinci toplanışı keçirməyə hazırlaşır

“İnter” Sloveniyada ikinci toplanışı keçirməyə hazırlaşır

Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində məskunlaşan "İnter" yay toplanışının ilk mərhələsinə yekun vurub. Siasport.az saytının məlumatına görə, İyunun 1-dən başlayan təlim-məşq toplanışı çərçivəsində "İnter" 20-yə yaxın məşq, ikitərəfli oyun və yoxlama görüşü keçirib.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycana qayıdacaq "İnter" futbolçularına 3 günlük istirahət veriləcək. Lakin, İyunun 15-dən etibarən komanda yenidən bir araya gələcək və ikinci təlim-məşq toplanışına yollanacaq. Avro Liqadakı Azərbaycan təmsilçisinin İyunun 29-dək davam edəcək ikinci toplanışı Sloveniyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə