Sabah taekvondo üzrə Ümumrespublika birinciliyinə start veriləcək

İyunun 2 və 3-də yeniyetmə taekvondoçular arasında Ümumrespublika birinciliyi keçiriləcək. Taekvondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, Federasiyanın idman zalında baş tutacaq yarışda respublikanın müxtəlif bölgələrindən 60-dək klubun 300-ə yaxın idmançısı iştirak edəcək.

Məlumat üçün bildirək ki, 1999-2001-ci il təvəllüdlü taekvondoçular arasında Azərbaycan birinciliyində oğlan və qızlar, müvafiq olaraq 11 çəki dərəcəsi üzrə mübarizə aparacaq. Döyüşlər saat 10:00-dan 18:00-a qədər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə