Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə iştirak edir

Bədii gimnastika üzrə Avropa Çempionatına artıq bu gündən start verilib. Siasport.az saytının məlumatına görə, Nijni Novqorod şəhərində baş tutan çempionatda Azərbaycan gimnastları da iştirak edəcək.

Məlumat üçün bildirək ki, bu gün yeniyetmələrin yarışında ilk olaraq Azərbaycanı təmsil edən Nilufər Niftəliyeva və Marina Durunda çıxış edib. Saat 17:00-da isə çempionatın açılış mərasimi keçirilib. Bu dəqiqələrdə isə Azərbaycanı qrup komandalarının çoxnövçülüyü yarışı üzrə təmsil edən gimnastlar Aelita Xələfova, Səbinə Abbasova, Aliyə Paşayeva, Aynur Cabbarlı, Siyana Vasileva və İradə Əhədzadə məharətini göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə