Diplomatlarımız Qazaxıstanda birinci yer tutub

Mayın 19-da Astana şəhərində diplomatik nümayəndəliklər arasında UEFA EURO-2012 Avropa çempionatına həsr olunmuş mini-futbol turniri keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən SİA-ya verilən məlumatda bildirilib ki, Azərbaycan səfirliyinin komandası bütün rəqiblərinə qalib gələrək yarışda 1-ci yeri qazanıb. Komanda yarışın Təşkilat Komitəsi tərəfindən kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə